Alman şair və mütəfəkkiri İohan Volfqanq Hötenin «Qəhrəmanlığı  nə öyrətmək , nə də tərgitmək olur» sözlərinin hikmətini  mübarizliyi ilə  təsdiqləyən  Azərbaycan xalqı bu keyfiyyəti milli-mənəvi dəyərləri kimi qoruyub yaşatdığını dəfələrlə sübut edib. Qəhrəmanlığı ilə başqalarına həyat verib, ölümə qalib gələn igidlərimiz döyüş meydanlarında düşmənə heç vaxt   arxa çevirməyiblər. Amalları uğrunda ölərək əbədi yaşam haqqı qazanıblar.  Ən ali rütbə olan şəhidlik zirvəsinə yüksəlməklə bildiriblər ki, ölümdən qorxmayan millətə ölüm yoxdur.

20 Yanvarda Bakıda qırğın törədən imperiya qoşunlarının, «qızıl ordu»nun tərkibində paytaxtımıza daxil olan  ermənilərin qarşısına  yalın əllə  çıxaraq, düşmənə  baş əyməyən, dilimizə şəhidlik sözünü gətirən,   azadlıq uğrunda qurban gedən qəhrəmanlarımız   Xocalı soyqırımında da mətanət göstərdilər.  Haqqa qovuşdular, düşmənə arxa çevirmədilər. Paytaxtdan ümidlə  gözlədikləri  yardım gəlməsə belə  Xocalını cüzi silahlarla son dəqiqəyə qədər  qorudular, amma səngərləri tərk etmədilər. 30 ilə yaxın torpaqlarımızı işğal  altında saxlayan hiyləgər   düşmənə təslim olmayan, son gülləsi ilə özünü öldürən oğullarımız qanları ilə qəhrəmanlıq salnaməmizə əyilməzlik,  mərdlik dastanları yazdılar.

Xocalının işğalından 29 il keçməsinə baxmayaraq erməni faşistlərindən  və  imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin  Xocalının əliyalın  sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikdə  qaysaq bağlamayan yaralar  göynəyir, xalqımıza qarşı  soyqırımı törədənlərə  nifrət artır.  44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  29 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun   Xocalı həqiqətlərinin   beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı  döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan»  deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə  dalğalandırdıqları üçrəngli  bayraqlarımız soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur.

Vətən  müharibəsinin davam etdiyi  müddətdə  dünyanın tanınmış 30-a yaxın KİV-lərinə müsahibələrində  Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir:  «Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq. Bütün dünya bizim Qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq Qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq.»

44 gün davam edən Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən  Azərbaycan Ordusu  havadarları hesabına  Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi  qovdu.  Bir gündə  Xocalını qana boyayan,  şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Ali Baş Komandan İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: «…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.»

İkinci  Qarabağ döyüşlərində Azərbaycan Ordusunun düşmənə vurduğu ağır  zərbələr haqqın, ədalətin təntənəsi idi. Müharibənin davam etdiyi müddətdə  döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, bərdəni və digər  yaşayış məntəqələrini   raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Adı çəkilən şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran dövlətimizin güclü iradəsi, qüdrətli ordusu vardır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızın qısamüddətli müharibə  ilə  işğaldan azad olunması 1992-ci ilin 26 fevralında  Bakıdan kömək gözləyən xocalıları  təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara,   hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər  paradı Xocalı soyqırımı qurbanlarının, Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə  yetirilən soydaşlarımızın ruhuna hörmətdir.  Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən,   faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu,  bölgədə sabitliyin qorunması təmin edildi. «Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» söyləyən Prezident İlham Əliyevin mətin iradəsi, Azərbaycan Ordusunun qırılmaz əzmi, ordu-xalq- iqtidar birliyi Ermənistana heç vaxt unuda bilməyəcəyi tarixi dərs oldu.

Bu il Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları  rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə  yad edilir.

Torpaqlarımıza  Böyük Qayıdış,   Azərbaycan xalqının  sabahına açılan əbədi  günəş, bükülməz qolumuz,  Prezident İlham Əliyevin qüdrətinin , düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.

Emin Hüseynov,

Nəsimi rayon sakini