Trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin  (və ya ona bərabər tutulan təşkilatın) rəisi əməyin təhlükəsizliyinin təminetmə, əməyin mühafizəsinin idarəolunması sistemlərinin bütün xidmətlər və tabeçilikdə olan təşkilatlar tərəfindən tətbiq edilməsi işinə ümumi rəhbərliyi həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin  (və ya ona bərabər tutulan təşkilatın) rəisi təşkilatın ixtisaslı kadrlarla təmini üzrə işçilərin biliyinin və təcrübəsinin daha yaxşı istifadəsi, onların əməyinin təhlükəsiz və əlverişli iş şəraitinin yaradılması üzrə tədbirlər görür. Kollektivin sosial inkişafı üzrə tədbirlərini həyata keçirir. Kollektiv və fərdi müqavilələrin bağlanması və yerinə yetirilməsini, əmək şəraitinin mühafizəsinin yaxşılaşdırılmasını, kompleks planlarının və sanitar-sağlamlıq tədbirlərinin icrasını təmin edir, kadrların əməyə şüurlu və düzgün münasibət ruhunda tərbiyələndirilməsi, dövlət mənafeyinə ciddi riayət olunması, əmək və istehsal intizamının möhkəmləndirilməsi üzrə iş aparır, fəhlə və qulluqçuların yaradıcı təşəbbüsünün inkişafına imkan yaradır. Sosial-hüquq prinsiplərinin düzgün tətbiqini, rəhbərliyin iqtisadi və mənəvi stimul məsələlərinin müzakirəsində və həllində təkbaşınaçılığın və kollektivçiliyin uyğunlaşmasını, həmçinin hər bir işçinin, ona həvalə edilmiş işə görə və kollektivin işinin yekununa görə məsuliyyətinin gücləndirilməsini təmin edir.