İsveçrənin Nyon şəhərində Avropa Konfransı Liqasının püşkatma mərasimi keçirilib.

Heftelik.az-ın məlumatına görə, püşkatma nəticəsində Avropada Türkiyəni təmsil edən “Fənərbaxça”nın 1/8 finaldakı rəqibi bəlli olub. Türkiyə təmsilçisi Belçikanın “Yunion Sent-Jilluaz” komandası ilə qarşılaşacaq.

Konfrans Liqası

1/8 final

“Servet” – “Viktoria”

“Ayaks” – “Aston Villa”

“Molde” – “Brügge”

“Yunion Sent-Jilluaz” – “Fənərbaxça”

“Dinamo Zaqreb” – PAOK

“Şturm” – “Lill”

“Makkabi Hayfa” – “Fioerentina”

“Olimpiakos” – “Makkabi Tel-Əviv”