Tikintinin mexanikləşdirmə trestinin maşın və mexanizmlərinin istismar və təmir şöbəsinin rəisi mexanikləşdirmə trestinin istehsalat proqramının hazırlanmasında iştirak edir və onun icrasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikintinin mexanikləşdirmə trestinin maşın və mexanizmlərinin istismar və təmir şöbəsinin rəisi mexanikləşdirilmiş işlərin görülməsi üçün obyektlərin vaxtlı-vaxtında hazırlanmasına, normativ və texniki sənədlərin, habelə inşaat maşınlarının istismarında işlərin istehsalat layihələrinin tələblərinə riayət olunmasın nəzarət edir. Maşınların daşınması və onların yanacaq-sürtkü materialları ilə təmin olunmasını təşkil edir. Radio-dispetçer rabitəsinin iişinə rəhbərlik edir.
Maşınlar parkının strukturunun təkmilləşdiirilməsi, maşınların iş növbələrinin sayının artırılması, istehsalat işində mütərəqqi texnologiyaların tətbiqi üzrə, təkliflər işləyib hazırlayır. Texnikanın qış şəraitində işləməsi üçün hazırlıq tədbirləri görür. İnşaat texnikasının sınaq, təmir və müayinə etmə planlarının hazırlanmasında iştirak edir və onları razılaşdırır.