İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) daşınma və realizasiya şöbəsinin rəisi tikinti obyektlərində materialların çatdırılması üzrə təsdiq olunmuş nomenklaturaya əsasən material-texniki ehtiyatların realizasiyası işini yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) daşınma və realizasiya şöbəsinin rəisi mal göndərən təşkilatlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə və daxili material və məlumatların keyfiyyətinə nəzarəti təmin edir. Müqavilə öhdəlikləri pozulduqda, mal göndərən təşkilatlara qarşı iddia sənədlərini hazırlayır. Material və məlumatların mal alan təşkilatların nəqliyyatı ilə daşınması üçün, müşayətedici və elektron əmtəə-nəqliyyat sənədlərini nəzarət uçotunun mərkəzi məntəqəsinə vaxtlı-vaxtında çatdırılmasını təşkil edir. Mal göndərən təşkilatların anbarlarından mərkəzləşdirilmiş qaydada alınan material və məlumatların həcminin genişləndirilməsinə köməklik göstərir. Material ehtiyatlarının hərəkətinin, xüsusilə quraşdırma işlərində bilavasitə istifadə olunan materialların daxil olmasının operativ uçotunu təşkil edir. Material-texniki ehtiyatlarının realizasiyasının gedişi haqda hesabatın tərtib edilməsini təşkil edir. Material, məlumatların kəmiyyət və keyfiyyət üzrə qəbul olunması şərtlərinin yerinə yetirilməsinə, onların yükləmə, boşaldılma, yığılma və saxlanmasının düzgünlüyünə aid anbar təsərrüfatının fəaliyyətinə nəzarət edir.