Yükvurma-yükboşaltma işləri sahəsinin rəisi daxil olan və göndərilən material və məmulatların hesabatının tərtib edilməsində iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda yükvurma-yükboşaltma işləri sahəsinin rəisi lazımi statistik hesabatı hazırlayır və İTKİ-yə təhvil verir. Sahədə yerləşən, magistrala çıxan yolların, yükqaldıran maşın və mexanizmlərinin vaxtlı-vaxtında təmirini təşkil edir. Sahədə mütərəqqi iş təcrübələrinin tətbiqini təşkil edir. Mexanikləşdirməyə, nəqliyyata; habelə digər məqsədlərə sərf olunan xərclərə nəzarət edir. Sahə işçilərinin istehsalat və əmək intizamına, əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət edir. Səmərələşdiricilərə kömək göstərir.
Yükvurma-yükboşaltma işləri sahəsinin rəisi yükvurma-yükboşaltma işlərinin təşkili və planlaşdırılmasını; operativ uçot və statistik hesabat sənədlərinin tərtib etmək qaydasını; yük qaldıran maşın və mexanizmlərinin istismar və təmir qaydalarını; iqtisadiyyatın və əməyin, istehsalatın, idarəetmənin təşkilinin əsaslarını: əmək haqqının ödənilməsinə aid əsasnaməni; maddi-həvəsləndirici formaları; yükvurma-yükboşaltma avadanlıqlarına texniki xidmət göstərmək üzrə mütərəqqi təcrübələrİ; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası; istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.