Lift şaxtaları qrunt şəraitləri II növ meydançalarda qruntların öz çəkisindən batma ilə yaranan mümkün maili və üfüqi yerdəyişmələr nəzərə alınmaqla layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Şaxta divarlarının şaquli müstəvidən hesablama sapmaları liftlər üçün texniki reqlamentlər ilə təyin olunan buraxıla bilən qiymətləri aşan hallarda layihələrlə şaxtada liftin üfüqi vəziyyətinin mümkün tənzimlənməsi məqsədi ilə onun planda ölçülərinin düstur (6.3) ilə hesablanan deformasiya tikişinin 0,5 enində artırılması nəzərdə tutulmalıdır.