İnşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin mexaniki inşaat maşın və mexanizmlərinin köçürülməsində, habelə sahədə yerləşən qaldırıcı qurğu, cihaz; elektrik avadanlığı, qazqaynaq və elektrik qaynaq aparatları, təzyiq altında işləyən qabların istismar və təmirində təhlükəsizlik texnikasının qaydalarına əməl edilməsini və onların saz olması və müntəzəm olaraq yoxlanmasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda inşaat maşın və mexanizmlərinin əsaslı köçürülmə sahəsinin mexaniki nəql edilmə prosesində texnikanın hərəkət etmə qaydası və onun qorunmasına nəzarətin yerinə yetirilməsi haqqınla, texnikanı müşayət edən şəxsləri təlimatlandırır. İnşaat maşın və mexanizmlərinin texniki vəziyyətinə nəzarət edir. İnşaat maşın və mexanizmlərinə xidmət göstərən fəhlələri təhlükəsiz iş üsul və metodları ilə təlimatlandırır və öyrədir. İş yerlərini, əməyin mühafizəsi üzrə, xəbərdaredici yazı, plakat və təlimatlarla təmin edir. Baş vermiş qəza və bədbəxt hadisələrin səbəblərinin araşdırılmasında və onların qarşısının alınası üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Səmərələşdirmə və ixtiranın inkişafına köməgəlik göstərir. İnşaat maşın və mexanizmlərinin daşınmasının təşkilinə aid mütərəqqi təcrübələri öyrənir. Uçot və müəyyən edilmiş hesabatın aparılmasını təşkil edir. Maşın və mexanizmlərin əsaslı köçürülmə dövründə, onların texniki cəhətdən saz vəziyyətdə qəbulunu və verilməsini təşkil edir. Texnoloji nəqliyyat və quraşdırma ləvazimatının texniki cəhətdən düzgün istismarını təmin edir. İnşaat maşın və mexanizmlərinin əsaslı köçürülməsini icra edən, ona tabe olan sahə fəhlələrinə rəhbərlik edir.