Tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi tikinti-quraşdırma işlərinin keyfiyyətinin idarə sistemi üzrə perspektiv, illik və cari kompleks planlarını hazırlayır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi texniki inkişaf, eklm və texnikanın nailiyyətlərini tikinti təşkilatlarında tətbiq olunmasına aid planların işlənib hazırlanmasında iştirak edir. Mövcud nəzarət metodlarını və onların praktiki fəaliyyətdə istifadə edilməsini təkmilləşdirir və yenilərini hazırlayır. Tikinti-quraşdırma işlərinin istehsalında və inşaat konstruksiya və tədarüklərim hazırlanma prosesində meydana çıxam qüsurların (defektləri) səbəblərini müntəzəm olaraq öyrənir. Qüsurların aradan qaldırılmasına sərf olunan itkiləri təhlil edir və onların ləğvi üçün tədbirlər görür.