1992-ci ilin fevral ayının 25 dən 26-na keçən gecə Azərbaycanın tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozmuşdu. Sovet ordusu Xankəndində yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət olan əhali dağlara hərəkət edən zaman dondurma nəticəsində həlak oldular.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Səhər yerlə-yeksan edildi. Həmin gecə zamanı 487 Xocalı sakini şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralın 24-də Milli Məclis, Xocalı soyqırımı günü haqqında, qərar qəbul etdi. 20 əsrin sonun da baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

2020-ci il Vətən müharibəsində Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalıb gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15 də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə ,,Ana harayı, abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30 – ildönümü ili ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Burada minlərlə insan iştirak etmişdir.

Bu il Xocalı faciəsindən 32 il keçir. Onların əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır. Allah bütün canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin.

 

Rəsmiyyə Fərzəliyeva

Nəsimi rayon Təhsil işçisi