Gəncədə ailədaxili mübahisə qanla bitib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.
2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 12 yaşlı qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.
Bu zaman hadisənin qarşısını almaq istəyən cütlüyün 12 yaşlı qızı xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncədə arvadı ilə mübahisə zamanı uşağına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Keçirlən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlıya xəsarət yetirməkdə şübhəli bilinən onun atası, İlham İsrafilov saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırmalar davam etirilir.