Elmar Baxşıyev istefa verdi

24 Fevral 2024, 12:58

Qəbələ” komandasının baş məşqçisi Elmar Baxşıyev istefa verib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar”ın rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib.
2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qəbələ” Baxşıyevin rəhbərliyi altında 2022/2023 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.
Qeyd edək ki, fevralın 23-də Misli Premyer Liqasında XXIV turun oyunları start götürüb. Turun açılış günündə “Kəpəz” “Qəbələ”yə qalib gəlib.