Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
Heftelik.az-ın Qafqazinfo-ya isitnadən verdiyi məlumata görə, bu vəzifəyə general-mayor Adil Abdullayev gətirilib.
Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.