Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyə dəstəyi və “Yaddaş” Maarifçi Gənclər ictimai birliyinin təşkilatçılığı ilə baş tutub.
İctimai birlikdən verilən məlumata görə, layihənin məqsədi daha çox gənci startup haqqında məlumatlandırmaq, onlara öz biznes ideyalarını gerçəkləşdirmək üçün əlaqələrin qurulmasına dəstək göstərilməsidir.
Tədbir iki gün ərzində Azərbaycan Pedaqoji Universitetinin Şəki filialında tələbə gənclərin iştirakı ilə reallaşdırılıb.
Layihə rəhbəri Nicat Abdulxalıqov tədbiri giriş sözüylə açaraq layihə haqda iştirakçılara ətraflı məlumatlar verib. Daha sonra təlimçi Möhübəli Nağıyev biznes ideyaların tapılması, biznes planın yazılması, eləcə də startap anlayışı haqda gənclərə təlim keçib. Görüş interaktiv sual-cavab formatında keçirilib.