Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Heftelik.az-a verilən məlumata görə, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.
Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib:
“Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq”
Xatırladaq ki, bu gün Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin digər bir məktəblinin qeyri-etik şəkillərini yaymaqla bağlı şantaj ehtiva edən səs yazısı yayılıb.