Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəis müavinləri və əməkdaşları öz funksiyalarını bu Əsasnamə, habelə vəzifə və iş bölgüsünə əsasən icra edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin rəisi vəzifələrini icra edə bilmədikdə onun vəzifələrinin icrası müavinlərindən birinə həvalə edilir. Baş idarənin işi fəaliyyət istiqamətləri üzrə, habelə nazirliyin və baş idarənin iş planları əsasında həyata keçirilir. Baş idarədə işin təşkili və vəziyyəti, qarşıda duran vəzifələr mütəmadi olaraq iclas və müşavirələrdə müzakirə edilir.