Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ədliyyə orqanlarının strateji inkişaf planlarının hazırlanması ilə bağlı təkliflər vermək, onların və aidiyyəti dövlət proqramlarının icrası üzrə işi əlaqələndirmək və icrasına nəzarəti həyata keçirmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Ədliyyə və məhkəmə statistikasının aparılmasını təmin etmək, onları təhlil edib ümumiləşdirmək, aidiyyəti üzrə təqdim olunması üçün tədbirlər görmək, həmçinin statistik hesabat və ilkin uçot formalarına dair təkliflər vermək və ədliyyə orqanlarında, daxili nəzarəti həyata keçirmək, xidməti yoxlama, təftiş, o cümlədən qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq məhkəmələrdə monitorinqlər aparmaq və onların nəticələri, habelə korrupsiya hüquqpozmalarının qarşısının alınması üzrə təkliflər vermək də bu vəzifələr sırasındadır.