Tunel dəmir və avtomobil yolların, piyada keçidlərinin, kommunikasiyaların və s. çəkilməsi üçün nəzərdə tutulan çıxış konstruksiyalara qədər hündürlüyü 2 m və daha böyük uzun yeraltı üfüqi və ya maili qurğulardır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Çıxıntı dağ sahəsinin sürüşməsi ilə çatların yaranmasında meydana çıxan yer səthinin topa deformasiyasıdır.
Toxunulmaz lay dağ-mədən işləmələri zamanı obyektin uçma təhlükəsini aradan qaldırmaq məqsədilə (torpaqda, yerdə) saxlanılan faydalı qazıntının hissəsidir.