Domkratların köməyi ilə istismar prosesində bina və qurğuların düzəldilməsi mümkünlüyü nəzərə alınmaqla bina və qurğuların layihələndirilməsində konstruksiyaların əsasın qeyri-bərabər deformasiyalarından və düzəldilmə mərhələsində yaranan təsirlərə hesablanması yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Düzəldilməyə hesablamalar ilə düzəltmə qurğularından binanın topa qüvvələri qəbul edən bünövrə-zirzəmi hissəsi konstruksiyalarının yükdaşıma qabiliyyəti və dayanıqlılığı və düzəltmə qurğusundan əsasa təzyiq ötürüldükdə əsasın dayanıqlılığa görə yoxlanılması da daxil olmaqla bünövrənin qoyulma dərinliyi yoxlanılmalıdır.