Dördüncü dəfə nikah masasına oturacaq türkiyəli müğənni Ebru Gündeş və Murat Osman Özdemirin münasibətlərinə dair yeni detallar üzə çıxıb.

Heftelik.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Murat Osman Özdemir 2018-ci ildə “Best Model” birincisi Selin Kabaklı ile Adanada evlənib.

Cütlüyün bir qızı olub. Özdemir Ebru Gündeşlə  isə 2 yıl öncə ortaq dostlarının olduğu bir məkanda tanış olub, bir müddət gizli görüşüblər. Bu xəyanəti Selin Kabaklı duyunca isə qiyamət qopub.

Murat Osman Özdemir Ebru Gündeşlə münasibətlərini bitirib təkrar evə dönüb, həyat yoldaşına onu çox çevdiyini söyləyərək əfv diləyib. Yalnız qalan 49 yaşlı Ebru Gündeş də özündən 22 yaş kiçik iraqlı Rassan Khoshnav ilə olmağa başlayıb.

Murat Osman Özdemir isə Ebru Gündeşi unutmayıb. İddiaya görə, ticari problemlərlə üzləşdiyini bildirərək 2023-cü ilin iyulunda Selin Kabaklıyı kağız üzərində boşanmağa razı salıb, amma birlikdə yaşamağa davam ediblər. Hətta Murat Osman Özdemir 2023-cü imlin noyabrında Selin Kabaklının doğum günü üçün Ulustakı  bir restoranı qapadıb. Həmin mərasimdə səhnədə Ebru Yaşar ilə Günel yer alıb. Ailə fotoqrafları da sosial mediada paylaşılıb.

Noyabrda evlərini təmirə verən cütlük Kuruçeşmedəki bir hotelə yerləşib. Murat Osman Özdemir geçən ilin dekabrında Ankarada bir səhnədə yer alan Ebru Gündeşi dinləməyə gedib, küllənən eşq ikinci dəfə alovlanıb.

Bu arada qızının atası ilə nikahını yeniləməyi gözləyən Selin Kabaklı Murat Osman Özdemir ilə Ebru Gündeşin eşq yaşadığını öyrənəndə şoka düşüb.

Selin Kabaklı sosial media hesabından belə paylaşım edib: “İlahi ədalət deyə bir tərəzi var, əsla səhv etməz. Kimsənin haqqı kimsədə qalmaz. Könlü qırılan səbir etsin…”.

Qeyd edək ki, Ebru Gündeş bundan əvvəl Cənubi Azərbaycan əsilli iş adamı Rza Zərrabla müğənni Azəri qızı Günelin (Günel Zeynalova) münasibətlərinin pozulmasının səbəbkarı olub,  Rza Zərrabla evlənib. Bir qızı olan cütlük daha sonra Rza Zərrabın ABŞ-da saxlanılması, ABŞ hakimiyyət orqanları ilə əməkdaşlığa razılaşaraq Türkiyəyə dönməməyə qərar verməsindən sonrakı dönəmdə ayrılıb.