Fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Adil Abdullayev fövqəladə hallar nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Adil Abdullayev buna qədər Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.