Qruntun öz çəkisindən, bünövrənin yükündən, planlaşdırmada tökmə qruntların çəkisindən və digər yüklərdən yaranan gərginliklərdən nəmləndirilmiş qrunt massivində batmanın ədədi modelləşdirilməsinə dair qayda açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Qruntun öz çəkisindən, bünövrənin yükündən, planlaşdırmada tökmə qruntların çəkisindən və digər yüklərdən yaranan gərginliklərdən nəmləndirilmiş qrunt massivində batmanın ədədi modelləşdirilməsi birinci yaxınlaşmada aşağıdakı mümkün iki üsulla yol verilir:
– batan qrunt massivinin gərginlikli deformasiya vəziyyətinin onun təbii nəmlikdə və su ilə doymuş halda (anoloji olaraq iki əyri metodu ilə sınağında batmanın müəyyən olunması ilə) deformasiya modulu ilə müqayisəli hesablamaları ilə;
– su ilə doymuş batan qrunt massivinin hesablama sxemində batmanın gözlənilən həcmi deformasiyalara uyğun həcmi deformasiyalar verməklə.