Istehsalatın hazırlığı şöbəsinin rəisi tikinti istehsalatının mühəndis hazırlığı sistemində layihə texnoloji sənədlərin işlənib hazırlanmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda istehsalatın hazırlığı şöbəsinin rəisi material-texniki və əmək ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə, istehsalat işlərinin tonlu təqvim qrafiklərini, işlərin istehsalat layihələrinin və texnoloji xəritələrin işlənib hazırlanmasını təşkil edir. Layihə-texnoloji sənədlərinin işlənib hazırlanmasında, tikinti bölmələrinə metodiki gömək göstərir. İşlərin istehsalat layihələrinin yerinə yetirilməsinə diqqət yetirir və lazım gələrsə onları təshih edir. Müvəqqəti bina və qurğuların, texnoloji ləvazimatların, inventarların və alətlərin işçi cizgilərinin (çertyojlarının) işlənib hazırlanmasını təmin edir. Tikintinin təşkili layihələrinin baxılması və razılaşdırılmasında iştirak edir. İşlərin istehsalat layihələrinin qəbulunda iştirak edir. Tikinti meydançalarının, işə başlamaq üçün, hazır olmasına nəzarət edir.