Binalara bitişik olan mühəndis qurğuları eni müəyyən olunan deformasiya tikişləri ilə ayrılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Kompleks tədbirlərin tətbiqi əsasında batmaya görə II növ batan qruntlarda layihələndirilən bina və qurğuların bünövrələrində, zirzəmi divarlarında və ya yeraltı hissələrində mühəndis kommunikasiyaların çıxış və girişlərinin çəkilməsi üçün deşiklər və ya keçid boşluqları nəzərdə tutulmalıdır.