Kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi kranaltı rels yollarının qurulması və istismarı üzrə, yüksək keyfiyyəti təmin etmək şərti ilə, tapşırığın icrasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi kranaltı yolların qurulmasına və istismarına texniki nəzarəti yerinə yetirir. Nəqliyyat, ləvazimat, material və alətlərə sifarişlərin tərtib edilməsini, yerinə yetirilmiş işlər üzrə aktların, habelə material və maddi qənimətlərin sərf edilməsinin hesabatlarının tərtib olunmasını təşkil edir. Hər bir iş icraçısı, mexanik, ustaya plan tapşırıqlarını müəyyən edir və onların lazımi işçi kadrlarla təmin olunmasını təşkil edir. Rels yollarının və qüllələ kranların qurulması üçün, istifadə olunan maşınların təhlükəsiz istismar və təmirini təmin edir. Qülləli kranlarda, rels yollarının keyfiyyətsizliyinə görə baş verə bilən qəzanın qarşısını almaq üçün tədbirlər işləyib hazırlayır. Rels yollarının qurulması üzrə ən yaxın briqadaların təcrübəsini ümumiləşdirir və yayır.