Tikinti sahəsinin mexaniki özü hərəkət etməyən və ya aşağı sürətdə hərəkət edən maşın və mexanizmlərin quraşdırma, sökülmə, nəql edilməsi üzrə işə rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti sahəsinin mexaniki baş podrat ümumtikinti təşkilatlarında tikinti obyektləri üçün metal konstruksiyalarının quraşdırılması, meal məmulatlaının hazırlanması və obyektlərin elektrik, istilik və su təchizatı üzrə işlərinə rəhbərlik edir. Sahədə olan inşaat maşın, mexanizmlər, qaldırıcı qurğu, cihazlar, elektrik avadanlığı, qazqaynaq aparatları, təzyiq altında işləyən qabların, quraşdırma, sökülmə, istismar və təmiri zamanı təhlükəsizlik texnikasıın qaydalarının yerinə yetirilməsini, habelə oların saz olması və müntəzəm yoxlanmasını təmir edir. Texniki ləvazimatın saz olmasına nəzarət edir, Sahəyə məxsus maşın və mexanizmləri, avadanlıqlar, asma nənnilərin və digər qurğuların sınaqdan keçirilməsini təşkil edir. Kiçik mexanizasiya vasitələri, mexanikləşdirilmiş və əl ilə görülən işərdə istifadə olunan alətlərin, tikinti ləvazimatının düzgün istismarını təmin edir; səyyar alət-paylayıcı stansiya (SPAS) və alət-paypayıcı anbarlarını (APA) alət və avadanlıqlarla komplektləşdirir, onların istismar, təmir və uçotunu təşkil edir. İnşaat maşın və mexanizmlərinə xidmət edən sahə fəhlələrini təhüksəizlik iş metod və üsulları üzrə təlimatlandırır və öyrədir.