Memar müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına rəhbərlik edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda memar layihələndirmə layihə təkliflərinin və şəhər, məssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanmasında, müvafiq orqanlarla, nəərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərinin razılaşdırılmasında bilavasitə iştirak edir. Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsini, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə lan normativ materialla uyğun olmasını təmin edir. Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsinə, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsinə rəhbərlik edir. Layihə – axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün materiallar hazırlayır. Subpodrat təşkilatlara texniki tapşırıqlar işləyib hazırlayır və tapşırılmış işin icrası üçün, onları lazımi məlumatlarla təmin edir.