Xocalı məktəbində görülən işlər bitmək üzrədir.
Heftelik.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir inanır ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərdən biri olacaq: Həmin məktəbdə təhsil alacaq şagirdlərin sayı son tamamlanma işlərindən sonra məlum olacaq:
“Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tululur. Təbii ki, əhalinin köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir”.