Öz çəkisindən qruntlar batdıqda əsas qruntlarının üfüqi deformasiyalarının təsirindən bina və qurğuların konstruksiyalarında yaranan qüvvələrin necə müəyyənləşdirilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Öz çəkisindən qruntlar batdıqda əsas qruntlarının üfüqi deformasiyalarının təsirindən bina və qurğuların konstruksiyalarında yaranan qüvvələr bina və ya qurğunun yeraltı hissəsinin konstruksiyalarının xüsusiyyətlərindən, bünövrələrin qoyulma dərinliyindən, qruntla kontakt sahəsindən, əsas qruntlarının fiziki-mexaniki xassələrindən, o cümlədən onların tikinti prosesində və istismarında dəyişilmələrindən, bünövrələrə aşağıdakılar nəzərə alınmaqla təsir edən yüklərdən asılı müəyyənləşdirilməlidir:
- a) bünövrə dabanı üzrə üfüqi yerdəyişdirici qüvvələr;
- b) bünövrənin yan səthlərində üfüqi yerdəyişdirici qüvvələr;
- c) bünövrənin ön səthinə üfüqi yerdəyişən qruntun normal təzyiqi;