Baş mühəndis tikinti prosesində meydana çıxan məsələlərin vaxtında həll olunmasında iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda baş mühəndis planda göstərilən müddətdə obyektlərin istismara verilməsinin təminində iştirak edir. Layihələndirmə üçün layihə təşkilatlarından alınan ilkin göstərişlərin dolğunluğunu və keyfiyyətini təmin etməklə, layihə-smeta sənədlərinin işlənməsi üçün ilkin göstəriciləri verir. Müvafiq layihə-axtarış, konstruktor və lazım olan hallarda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müqavilələr bağlayır. Layihə təşkilatları ilə razılaşdırılmış layihə-smeta sənədlərinin işlənməsi və təhvil verilməsi qrafikinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir, Layihə-smeta sənədlərinin razılaşdırılmasında və təsdiqində, həmçinin ekspertizanın və podratçı təşkilatların iradlarının əsasında, dəyişikliklərin ona əlavə edilməsinin, qəbul olunmuş qaydada təşkilində iştirak edir. Əsaslı tikinti üzrə podrat müqavilənin, qəbul edilmiş müddətdə, tərtib olunmasında layihə təşkilatlarının iştirakı ilə podratçı təşkilatla mövcud normativ sənədlərə müvafiq tikinti obyektləri üçün müqavilə qiymətlərinin müəyyən edilməsini və razılaşdırılmasını həyata keçirir.