İşlənmənin bina və qurğuların konstruksiyalarındakı qüvvələrə təsirinin qiymətləndirilməsi üçün işlənmənin təsiri baxılan bina və qurğular nəzərə alınmadan yerdəyişmələr muldasının hüdudlarında qrunt massivinin (qlobal yerdəyişmə) yerdəyişmələri şəklində xarici təsir kimi verilən təqribi üsulların istifadəsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Qlobal yerdəyişmənin hesablanması üçün həm qrunt massivinin gərginlikli-deformasiya vəziyyətinin dəyişməsini sonlu-element modelləşdirilməsinin proqram vasitələri, həm də müşahidə təcrübəsinin ümumiləşdirilməsi əsasında alınan empirik düsturlar tətbiq edilə bilər. Bu halda bina və ya qurğunun tam yerdəyişməsinə qlobal yerdəyişmələr, binanın (qurğunun) sərtliyi və əsasın deformasiyaya uğrama qabiliyyəti nəzərə alınmaqla hesablanmış qlobal və yerli yerdəyişmələrin cəmi kimi baxılmalıdır.