Tikintinin mexanikləşdirmə trestinin maşın və mexanizmlərinin istismar və təmir şöbəsinin rəisi texniki uçot və hesabat sənədlərinin aparılmasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikintinin mexanikləşdirmə trestinin maşın və mexanizmlərinin istismar və təmir şöbəsinin rəisi Maşın və mexanizmlərin texniki sazlığına nəzarəti təmin edir. Əvəz olunan işçi avadanlığın istehsalat edilməsinə aid təkliflər hazırlayır. Maşın, avadanlıq və ayrı-ayrı düyünlərin iş şəraitini öyrənir, maşın və əvəz olunan işçi avadanlığın texniki-istismar xüsusiyyətlərinin təkmilləşdirilməsinə yönəldilmiş təkliflər hazırlayır. Təmir xidmətinin işini (baş mexanikin xidməti olmadıqda) təşkil edir. İstismar və təmir xidmətlərində əməyin təşkilinin təkmilləşdirilməsi üzrə iş aparır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın əleyhinə mühafizəyə qoyulan tələblərə riayət olunmasına nəzarət edir. Baş verən cəzaların səbəblərinin öyrənilməsində iştirak edir, maşın və mexanizmlərin istismar və təmiirində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlər işləyib hazırlayır və onları tətbiq edir.
Maşın və mexanizmlərin istismar və təmirinin yaxşılaşdırılmasına aid sərələşdirici təkliflərin baxılmasında iştirak edir. Maşın və mexanizmlərin istismar və təmiri üzrə şöbə və bölmələrin işçilərinə rəhbərlik edir. Kollektiv və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.