Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin, həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış keçirməsinə sahibkar olmayan subyekt tərəfindən maneçilik törədilməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəllədə əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin, həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış keçirməsinə sahibkar olmayan subyekt tərəfindən maneçilik törədilməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.