Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin fəaliyyətinin prinsipləri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sistemi aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:

– istifadə rahatlığı – informasiya sistemindən istifadənin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

– operativlik – müvafiq əməliyyatlar haqqında məlumatların təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, informasiyanın əldə olunmasının və mübadiləsinin avtomatlaşdırılmış qaydada, sürətli şəkildə həyata keçirilməsi;

– fasiləsizlik – informasiya sistemində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

– hesabatlılıq – sistemin fəaliyyətində hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.