Trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin  (və ya ona bərabər tutulan təşkilatın) rəisi yaşayış problemlərinin həlli, məktəbəqədər təhsil müəssisələrinin olan tələbatın ödənilməsi, qidalanma, ticarət-məişət xidmətinin istehsalatda, həmdə məişətdə təşkili məsələləri, tabeçilikdə olan yataqxanalarda lazımi yaşayış şəraitinin yaradılması, yaşayış fondunun əsaslı təmiri və istismarı üzrə tədbirləri həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin  (və ya ona bərabər tutulan təşkilatın) rəisi təşkilatın fəaliyyətində dövlət qanunvericiliyinə, idarəetmənin təkmilləşdirilməsi, müqavilə intizamının və təsərrüfat hesabının möhkəmləndirilməsi uçun hüquqi vasitələrdən fəal surətdə istifadəyə riayət olunmasını təmin edir.  Ardıcıl olaraq dövlət qərarlarını həyata keçirir.

Trestin (və ya ona bərabər tutulan təşkilatın) rəhbəri, tikinti idarəsinin  (və ya ona bərabər tutulan təşkilatın) rəisi tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini, normativ və digər rəhbəredici sənədləri; sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini; tikinti istehsalının texnologiyasını; podrat müqavilələrin bağlanma və icra qaydalarını; təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənmə və təsdiq qaydalarını; istehsalatın, əməyin və idarəetmənin təşkilini və iqtisadiyyatını; tikinti istehsalının texnologiyasını, təşkilini və idarəetmə sahəsində. elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni; qanunvericiliyin əsaslarını, əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.