Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin məzmununa aydınlıq gətiriilb.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə aşağıdakılar göstərilməlidir:

– barəsində mübahisə edilən aktın dəqiq göstərilməsi;

– ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi;

– ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və bunun üçün sübut vasitələrinin göstərilməsi;

– qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər.

– Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432-ci maddəsində göstərilən sənədlər əlavə olunur.