Baş mühəndis banklarda və digər kredit təşkilatlarında layihə-axtarış işlərinin və tikinti obyektlərinin kapital qoyuluşuna ayrılmış həcm həddində maliyyələşdirilməni, həmçinin bu məqsədlər üçün tələb edilən bütün sənədlərin təqdim olunmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda baş mühəndis avadanlıqlara və materiallara, qəbul edilmiş qaydada, sifarişlərik vaxtında təqdim olunmasını, alınmasını və buraxılış komplekslərində, obyektlərdə onların bölünməsini material və avadanlıqların hazırlanmasına və tədarükünə müqavilələrik bağlanmasını və onların realizasiyasına nəzarəti həyata keçirir. Tikinti üçün torpaq sahələrinin məsələlərinə dair qəbul edilmiş qaydada vəsadət qaldırır, lazım olduqda isə onların mövcud tikililərdən azad olunması haqqında konkret tədbirlər hazırlayır.