Baş qaynaqçının vəzifə borcu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş qaynaqçı qaynaq işlərinin icrasına texniki rəhbərliyi həyata keçirir. Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı, əmək sürfinin azaldılmasını təmin edən, qaynağın mütərəqqi metodlarının işlənməsini və istehsalata tətbiqini təşkil edir. Tikinti obyektlərinin qaynaq işləri hissəsinin texniki sənədlərini və razılaşdırır. Yeni qaynaq avadanlığının tətbiqi, əməyin elmi təşkili, texnologiyasının təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işləri aparır. Qaynaq və qaynaq rejiminin texnologiyasına, materal sərfinin normalarına, avadanlıqların istismarının texniki qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir. Qaynaq işlərinin lazımi material və sənədlərlə təmin olunmasına nəzarət edir. Qaynaqş avadanlığının pasportlaşdırılmasını və uçotunu təşkil edir.