Faydalı qazıntılar olan ərazilərdə bina və qurğular layihələndirilərkən “Yerin təki haqqında” qanunun müddəaları nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

İşlənmiş ərazilərdə tikinti üçün bina və qurğular layihələndirildikdə aşağıdakılar nəzərdə tutulmalıdır:

– yer səthinin deformasiyasının bina və qurğulara zərərli təsirinin azaldılmasını təmin edən ərazinin planlaşdırılması;

– bina və qurğuların konstruktiv mühafizə tədbirləri;

– qeyri-bərabər çökməni azaldan və müxtəlif metodlar tətbiq etməklə bina və qurğuların yana əyilməsinin aradan qaldırılması və onların düzəldilməsi tədbirləri;

– bina və  qurğuların konstruksiyalarındakı qüvvələrə qeyri-bərabər çökmənin təsirini azaldan konstruktiv tədbirlər;

– müxtəlif metodlar tətbiq etməklə bina və qurğuların yana əyilməsini aradan qaldıran və onların düzəldilməsi üçün texnoloji tədbirlər;

– yer səthi deformasiyalarını azaldan və dağ-mədən iş qaydalarını nəzərdə tutan dağ-mədən mühafizə tədbirləri;

– qrunt əsasın qeyri-bərabər deformasiyasını azaldan tikinti meydançalarının mühəndis hazırlığı;

– köhnə dağ-mədən iş zonalarında uçqunların yaranması mümkünlüyünü aradan qaldıran tədbirlər;

– axtarış işləri prosesində aşkar edilən köhnə dağ-mədən qazma və buruq quyuları boşluqlarının ləğv edilməsi;

– əsasın qeyri-bərabər deformasiyaları yaranan müddətdə xarici və daxili mühəndis şəbəkənin, liftlərin və digər mühəndis texnoloji avadanlıqların normal istismarını təmin edən tədbirlər;

Yuxarıda göstərilən mühafizə tədbirlərinin yerinə yetirilməsi istismar şəraitlərində yükdaşıyan və qoruyucu konstruksiyalarda təmir aparmaqla aradan qaldırılan buraxıla bilən deformasiya və çatların yaranma mümkünlüyünü istisna etmir.