Quraşdırma işləri yerinə yetirildikdən sonra çoxfunksiyalı, sənaye təyinatlı böyük binaların təmizləyici qurğularının, ticarət və ictimai-işgüzar mərkəzlərinnin dövri və isti su təchizatı, ərimiş qar və yağış sularının daxili axıntılarından istifadə olunması sistemlərinin dövrü kompleks işəsalma-sazlama işləri aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə binalar üçün su tələbatı və tullantı sukənarlaşdırılma balansı su tələbatına və tullantı sularının axıdılması limitinə texniki şərtlər verildikdə su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təyin edilir.