Kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi planxəbərdaredici təmir üzrə qrafiklərin işlənib hazırlanmasında, habelə tələb olunan material və ehtiyat hissələrinə sifarişlərin tərtib edilməsində iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi sahədə əməyin elmi təşkilini, əmək haqqının ödənilməsi üzrə mütərəqqi üsulları, işçi və mütəxəssislərdən maksimum istifadə etmək məqsədi ilə normalaşdırılmış tapşırıqları tətbiq edir. Kranaltı yolların istismar və qurulması üzrə icra olunan işlərin təşkilini təkmilləşdirir. Müasir texniki təchizetmə vasitələrindən istifadə etməklə, icra olunan işlərə mütərəqqi, enerjiyə qənaət edən texnologiyaların tətbiq edilməsinə imkan yaradır. Sahədə istifadə edilən texnoloji avadanlıq, dəzgahlar, mexanikləşdirilmiş alət, aparatura və digər texniki vasitələrin təhlükəsiz istismar, texniki xidmət və profilaktik təmiri üzrə qaydalarının yerinə yetirilməsinə nəzarət edir.

Sahədə olan texniki vasitələrin və digər qiymətli mal-materiallarının qorunmasını təmin edir. Qüvvədə olan təlimatlara və statistik hesabat formalarına uyğun uçot və hesabatın aparılmasını təşkil edir.