Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin texniki-texnoloji infrastrukturu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sistemi aşağıdakı elementlərdən ibarətdir:

– informasiya sisteminin proqram kompleksi;

– informasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi;

– informasiya sisteminin şəbəkə infrastrukturu;

– informasiya sisteminin məlumat bazası.