Bina və qurğuların layihələndirilməsində zəruri olan hallarda kranaltı yolların, lift şaxtalarının və digər konstruksiyaların düzəldilməsi ilə yanaşı ayrı-ayrı konstruksiyaların, çökmə tikişləri ilə ayrılmış hissələrin və istismar prosesində bina və qurğuların domkratlarla qaldırılması və ya əksinə bünövrənin altında qruntun hissə-hissə qazılması yolu ilə aşağı salınması, yaxud onların altında batan qruntların tam isladılması ilə tənzimlənməsi, ümumilikdə bina və qurğuların düzləndirilməsi mümkünlüyü nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Bununla əlaqədar düzləndirmə mərhələsində konstruksiyaların əsasın qeyri-bərabər deformasiyalarına müvafiq olaraq əlavə hesablanması yerinə yetirilməlidir.