Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına nazirliyin fəaliyyət istiqamətlərinə uyğun daxili təhlükəsizlik tədbirlərini təmin etmək və ədliyyə orqanlarında korrupsiyaya şərait yaradan hallara və korrupsiya hüquqpozmalarına qarşı qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifəli şəxslərin və onların yaxın qohumlarının dövlət müdafiəsinin təmin olunmasında iştirak etmək və ədliyyə orqanlarında maraqların toqquşması hallarının yaranmasının və vəzifəli şəxslərin maraqların toqquşması şəraitində vəzifələrini icra etmələrinin qarşısının alınması üçün nazirliyin aidiyyəti struktur qurumları ilə birlikdə təklif vermək də bu vəzifələr sırasındadır.