Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin işini təşkil etmək və onun fəaliyyətinə rəhbərliyi həyata keçirmək, baş idarənin işçiləri arasında vəzifə və iş bölgüsünü aparmaq və baş idarənin işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət etmək Baş idarənin rəisinin vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin fəaliyyətini nazirliyin sisteminə daxil olan struktur qurumlarla əlaqələndimək, nazirliyin kollegiya iclaslarının keçirilməsini təşkil etmək, habelə iclas protokollarının və müzakirə olunan məsələlərlə bağlı qərarların keyfiyyətli, dolğun hazırlanmasını təmin etmək, baş idarənin fəaliyyəti ilə bağlı məsələləri nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərmək, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin etmək də bu vəzifələr sırasıdadır.