Əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi əməyin təşkilinin, normalaşdırılmasının və ödənilməsinin, həmçinin onun maddi və mənəvi stimullaşdırılmasının təkmilləşdirilməsi üzrə işlərinin yerinə yetirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi əməyin ödənilməsinin, maddi və mənəvi mükafatlandırmanın mövcud forma və sistemlərinin təkmilləşdirilməsi, onların tam təsərrüfat prinsipinə uyğun olması üzrə təklifləri işləyir və tətbiqinin səmərəliliyini təhlil edir. İş vaxtının istifadə olunmasını öyrənir və onun itkisinin səbəblərini üzə çıxarır. Əməyin elmi təşkilinin tətbiqi, təsərrüfat hesabının inkişafı, tikinti-quraşdırma işlərində əmək sərfinin azaldılması və iş vaxtının növbədaxili itkisinin aradan qaldırılması üzrə təkliflər işləyir. Əmək proseslərinin təşkilinin və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının yüksəlməsi ehtiyatlarının aşkar edilməsi üzrə işlərin aparılmasına, həmçinin əmək bölgüsü və onun kooperasiyasının təkmilləşdirilməsi, iş vaxtının istifadəsi, ağır fiziki əməyin tətbiqinin azaldılması, iş yerlərinin attestasiyası və səmərələşdirilməsi, əməyin metod və qaydaları, əlverişli əmək şəraitinin yaradılması və ƏET-nin digər istiqamətləri üzrə tədbirlərin işlənməsinə rəhbərlik edir.