Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.
1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı, 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə ata ilə qızını ailənin kürəkəni bıçaqlayıb.
Hadisəni törətdiyi bildirilən 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Məhəmməd Mirzəyevin saxlanılması istiqamətində tədbirlər davam edir.