İşlənmiş ərazilərdə bina və qurğuların layihələndirilməsində ilkin məlumatlar kimi mulda yerdəyişmələrinin bütün nöqtələrində və ya onun fərz edilən baş istiqamətlərində yerləşmiş nöqtələrində yer səthinin yerdəyişməsi və deformasiyasının gözlənilən maksimal (işlənmə üzrə işlərin inkişafının təqvim planı olduqda) və ya ehtimal olunan (işlənmə üzrə işlərin təqvim planı olmadıqda) qiymətləri qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Mövcud tikinti şəraitlərində müxtəlif təyinatlı yeraltı xətti qurğuların (tunellərin, kollektorların, boru kəmərlərinin və s) tikintisində tikintinin yaratdığı deformasiyaların hesablanması aparılmalıdır.
Hesablamalarda inteqral xarakteristikalı (artıq qrunt və s) təsirlərin intensivliyinin nəzərə alınmasına yol verilir.