Hissələr arasında deformasiya tikişlərinin ölçüsü 20 sm-dən az olmayaraq qəbul olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərin səthlərinin və qurğuların birgə deformasiyalarının həddi qiymətləri aşağıdakılara əməl olunması zəruriliyindən təyin olunurlar:
- a) qurğuların deformasiyasına texnoloji və ya memarlıq tələblərinə (bütövlükdə qurğuların, liftlərin normal istismarı, kran avadanlıqların, elevatorların qaldırıcı qurğuların və s. daxil olmaqla, onun ayrı-ayrı elementlərinin və avadanlıqların vəziyyəti və layihə səviyyələrinin dəyişməsi)
- b) qurğunun ümumi dayanıqlılığı daxil olmaqla konstruksiyaların möhkəmliyinə, dayanıqlılığına və çata davamlılığına aid tələblərə.