Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toyudur.
Heftelik.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur.
Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək.
Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru (2004-2014) və Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri (2005-2015) Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.